https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Canəli Əkbərov: "Şübhələri varsa, mənimlə meydana gəlsinlər"

Canəli Əkbərov: "Şübhələri varsa, mənimlə meydana gəlsinlər"

Xalq artisti Canəli Əkbərov həmkarları ilə yaşadığı qalmaqaldan danışıb.

Axşam.az-ın məlumatına görə, “Show time” verilişində Yalçın Uğurun qonağı olan xanəndə bildirib ki, onun ifa etdiyi muğamları heç bir həmkarı oxuya bilməz:

“1983-cü ildə Səmərqənddə keçirilən ümumdünya muğam müsabiqəsinin qalibiyəm. 1989-ci ildə isə İsveçrədə keçirilən beynəlxalq müsabiqənin qalibiyəm. Mən həmin Canəliyəm. İndi bir xanəndə tapın, mənim yanımda dura bilsin. Azərbaycan radiosunun fonotekasında oxuduğum muğamları indi heç kim oxuya bilməz. Oxuya da bilməyiblər... Şübhələri varsa, gəlsinlər mənimlə meydana”.

C.Əkbərov özü qədər titul qazanmış tələbələr yetişdirdiyini deyib:

“Tələbələrim mənimlə çiyin-çiyinə çalışırlar. Titul qazanmış tələbələrim var. Onlardan xalq artistləri Gülyanaq-Gülyaz Məmmədova bacıları, Zabit Nəbizadə, əməkdar artistlər Ehtiram Hüseynov, Babək Niftəliyev, xanəndə Sahib İbrahimov və başqalarının adını çəkə bilərəm. Ağıllı valideyn ağıllı övladı ilə fəxr etdiyi kimi, mən də ağıllı tələbələrimlə fəxr edirəm”.

Qeyd edək ki, C.Əkbərov Muğam televiziya müsabiqəsinin münsiflər heyətinin tərkibində iştirak etmək istəsə də, digər münsiflər - xalq artistlər Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Sərdar Fərəcov buna etiraz etmişdilər. İfaçılar arasında qalmaqal yaşanmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.