- Xalq yazıçısı Anarın Nigar Rəfibəylinin həyatı haqqında yazdığı "Durna taleyi" yazısı;
- Pərvin "Yüz gözəl sevgi şeiri" rubrikasında Fikrət Qocanın "Yaş o yaş deyil ki..." şeiri haqqında yazır- "Heyf ki, deyil";
- Ceyhun Abasovun insan alverinin qurbanı olan uşaqlar haqqında "Məsum qurbanlar" araşdırma məqaləsi;
- Ramil Əhmədin müsahibi tənqidçi Əsəd Cahangirdir- "Vicdansızlıq çağdaş ədəbiyyatın ən böyük problemidir";
- Pərviz Sadıqovun "Bir vaxtlar mən də AYB üzvüydüm e..." köşəsi;
- Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin son hadisələr haqqında məlumatı;
- Telman Orucov "Demokratiya və layiq olanların hakimiyyəti" yazısının davamında ABŞ prezidentləri haqqında yazır;
- Zakir Məmmədin Ələkbər Salahzadə haqqında yazdığı "Şeirin havası" məqaləsi;
- Elçin Hüseynbəylinin Novruz Nəcəfoğlunun "Keçən cavan çağım ola" povest portreti haqqında yazdığı "Uşaqlığın xatirəsi, keçmişin nəğməsi" yazısı;
- Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin "Mozaik dünyamız: dinlərin güzgüsündəki mənzərə" məqaləsi;
- Tofiq Abdinin "Oralarda kimlər var" rubrikasının qonağı AKif Mirilidir;
- Sevinc Mürvətqızının müsahibi tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof, dietoloq Şəmsiyyə Namazlı düzgün qidalanma mədəniyyəti haqqında danışır;
- Yusif Günaydın Mikayıl Müşfiqin yeni çap olunmuş kitabı haqqında yazır- "Xalq Əmanəti";
- Məhəmməd Əmin Rəsulzadənin 1917-18-ci illərdə yazılmış əsərləri Şirməmməd Hüseynovun təqdimatında;
- Paşa Əlioğlunun ön sözüylə, Sayalı Əliyevanın ingilis dilindən tərcüməsində, Turxay Gəncəyinin türkşünaslıq haqqında yazdığı "Turcica Agemica" yazısı;
- Aydın Dadaşovun "Dolu" filmi haqqında yazdığı "Dolu"nun dolğunluq əmsalı";
- İnqilab İsaqın şeirləri;
- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;
- və s.
BU GÜN KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!