Kinooperator Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olundu - Foto Azərbaycan Televiziyasında qocaman sənətkarın - Əməkdar mədəniyyət işçisi Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olunub. Nəriman müəllim adını televiziya tarixinə çoxdan yazıb – unikal kadrları, maraqlı rakursları, peşəkar çəkilişləri ilə. Onun çəkdiyi filmlər bugün operator sənətkarlığı nümunəsi sayılır, auditoriyalarda təhsil alan gənclərə nümunə, örnək kimi öyrədilir. 14.10.19
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.
14.10.19
Azərbaycanın və Polşanın xalq qəhrəmanları yad edilib - Foto Poşada səfərdə olan Disporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti əvvəlcə Azərbaycan Ticarət Evinə baş çəkib və onların fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqları Ticarət evinin rəhbəri Nemət Nağdəliyev qarşılayıb.
14.10.19
Bakıda görkəmli özbək ədibi Babaxan Şərifin 70 yaşı qeyd olunub - Foto Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət"in təqdimatı keçirilib. 11.10.19
Ağcabədidə çağırışçı gənclər hərbi xidmətə yola salınıblar - Foto Oktyabrın 9-da Ağcabədi rayonunda təntənə ilə keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyəti, icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər. 10.10.19
Köhnə dərdlərin təzə təqdimatı - Fotolar İctimai-iqtisadi formasiyaların burulğanları, müvəqqəti eyforiyaların dalğası zaman-zaman klassik sərvətimizi haq-nahaq gözdən salmaq cəhdinə yönəldisə də, qranit özüllü söz abidələri "yel qayadan nə aparar" həqiqətinin işığında əzəmətini daha da artırdı. 09.10.19
INNOLAND və “AzerGold”-un Akselerasiya proqramında iştirak edəcək startapları bəlli oldu - Foto Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan Akselerasiya Proqramına seçimlər keçirilib.
09.10.19
"Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyi ADPU-da seminar keçirib - Foto Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə dəyərlərimiz və müasirləşmə" adlı layihə çərçivəsində seminar keçirilib.
09.10.19
“Sindbad”ın premyerası oldu - Fotolar Oktyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün “Sindbad” tamaşasının premyerası olub. Ərəb xalq nağıllarının motivləri üzrə hazırlanmış tamaşanın səhnələşdirmə müəllifi Pərvin Nurəliyeva, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. 08.10.19
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd edildi - Fotolar Oktyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib. 04.10.19
Biləsuvar və Ağstafadan olan çağırışçılar hərbi xidmətə yola salınıblar “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir. 03.10.19
Yazıçı Əfqan Əsgərovun 90 yaşı qeyd olundu - Foto Sentyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist Əfqan Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir və yubilyarın yenicə işıq üzü görmüş "Şahlar şahı" romanının təqdimat mərasimi keçirilib. 02.10.19
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşdü - Fotolar Azərbaycan Dövlət İqtisad Universitetinnin (UNEC) rektoru, professor Ədalət Muradov 2019/2020-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb. 01.10.19
Əflatun Amaşov seçiciləri qəbul etdi - Fotolar Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlıda seçicilərin bir qrupunu qəbul edib. Qəbulda 20-dən artıq vətəndaşın müraciəti qeydə alınıb. 30.09.19
XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədidə tədbir - Foto Dünən Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ muğam mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub. 26.09.19
Faiq Ələkbərli Bişkekdə Tanrıçılıq fəlsəfəsindən məruzə edib - Foto 21-22 sentyabr tarixlərində Qırğızıstanın Bişkek şəhərində Y.Balasaqunlu adına Milli Qırğız Universitetində Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə “Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” VII Beynəlxalq elmi-praktiki konfransı keçirilib. 25.09.19
Qırmızı.net platforması təqdim edir: Peşəsinin Peşəkarları - Foto Sentyabrın 21-də Media Balans Reklam Agentliyinin Baş sponsorluğu, Milli çay markası Azerçay, Sabis Sun Beynəlxalq Məktəbinin sponsorluğu, Dreamland Baku, Bazarstore MarketlərŞəbəkəsi, Asan Könüllülər Təşkilatı, Bizim Tarla, Prive Steak Gallery, Doğtaş Exclusive Mebel Salonu, Fairmont Hotelin təşkilati dəstəyi ilə Qırmızı.net platformasının açılış mərasimi keçirilib. 25.09.19
Azərbaycanlı jurnalist və xanəndə Almaniyada dünyanı barışa səsləyəcək - Foto Sentyabrın 28-də Almaniyanın Köln şəhərində Almaniya Ələvi Birlikləri Fedarasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı tədbir keçiriləcək. Tədbirdə Almaniyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Rafiqqızı və tanınmış xanəndə Vüsalə Musayeva da iştirak edəcək.
24.09.19
Berlində Azərbaycanla bağlı konsert - Fotolar Sentyabrın 23-də İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib. 24.09.19
İranlı Mühacirlər Cəmiyyəti Qazaxda dəyirmi masa keçirdi - Foto Sentyabrın 20-də Qazax Rayon Mədəniyyət Mərkəzində “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” mövzusunda 2-ci regional dəyirmi masası keçirib.
23.09.19