|
|
|
|
Bakı və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 6-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Həftə sonu respublika ərazisində mülayim sabit hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.