Azərbaycanda kvadrisiklləri idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.
Kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.