Azərbaycanda Penitensiar Xidmət müəssisələrində ölüm halları azalıb.
Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb:
"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən, Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib".