Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olub.
Nazirlikdən verilən məlumata görə, Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin “Facebook” səhifəsində canlı yayımlanıb.
S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən, sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi “Facebook” səhifəsi, “Whatsap” və şəhər nömrəsi vasitəsilə veriblər.
Ümumilikdə, 67 dəqiqəlik veriliş ərzində 36 suala cavab verilib. Veriliş müddətində vaxt baxımından cavablandırılması mümkün olmayan suallar nazirlik tərəfindən cavablandırılmaq, həmçinin, araşdırma tələb edən müraciətlər baxılmaq üçün qeydiyyata alınıb.
C.ABASOV