|
|
|
|
Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsi zamanı bildirib.
T.Ərdoğan deyib ki, "S-400 məsələsində artıq geri addım atmaqdan söhbət belə gedə bilməz.
Bundan əlavə, Türkiyə prezidenti Türkiyə prezidenti "Petriot" zenit-raket komplekslərinin də alınmasının mümkün olduğunu bildirib:
"Məsələ "Petriot" sistemlərinə gəldikdə əgər bizə yaxşı şərtlər təklif edilsə, biz onları nəzərdən keçirə bilərik. Biz alternativ variantları öyrənməyə borcluyuq".