|
|
|
|

“Norveç meşəsi” romanı olduqca real bir eşq hekayəsi kimi görünsə də, əsərdə istifadə olunan simvollar onu tamamilə fərqli edir. Əsərin baş qəhrəmanı Toru Vatanabenin intihara meyilli Naokoya olan bağlılığı bu dünya ilə ölüm, insanın iç dünyası ilə paralel dünyaları meydana gətirir. Romanda iç dünyanı gərçək dünyadan ayırmaq üçün xüsusi məna daşıyan simvollar mövcuddur ki, Naoko ilə Midori arasındakı ziddiyət buna bir nümunədir. Naoko özünə qapalı, depresiyaya meylli və həyat enerjisi tükənmiş olduğu halda, Midori isə insanlara açıq, istiqanlı, həyat eşqi və enerji doludur. Əsərin təhkiyyəçisi Toru Vatanabe isə Midori ilə Naoko arasında gedib-gəlməkdə, bir-birinə zidd olan yaşamla ölüm deyə biləcəyimiz iki dünya arasında qalmaqdadır” - Gülnar Yunusovanın “Haruki Murakaminin debüt romanı – “Norveç meşəsi” yazısından parça...
- Murakamiyə dünya şöhrəti gətirən əsər...
- Satış rekorduna görə, Tokioda hər ailəyə bir kitab düşən roman...
- “Mən yazmağa başlayanda heç bir planım olmur. Mən ancaq hekayənin gəlməsini gözləyirəm. Mən hekayənin növünü və nələr baş verəcəyini seçmirəm. “Norveç meşəsi” isə tamamilə fərqlidir”- deyən müəllif üçün əsərin fərqi nə idi?
- “Norveç meşəsi” - avtobioqrafik əsər, yoxsa yazıçı təxəyyülü?
- Toru Vatanabe, Midori və Naoko: məhəbbət üçbucağı, ya da yapon gəncliyinin reallıqları...
- Naokonu qaranlıq dünyaya çəkən nə idi?
- Midorinin ölüm fəlsəfəsi...
- Toru Vatanabenin çətin seçimi: ölüm, yoxsa həyat?
YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN ÇƏRŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ



