|
|
|
|
Aprelin 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Fondunun birgə təşkilatçılığı ilə Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib.
Bu barədə fonddan məlumat verilib.
Qeyd olunub ki, fondun 20 illik yubileyinin keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulan bu aksiya “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılıb.
Fondun əməkdaşları ağacəkmə aksiyasında 1,5 hektar ərazidə 1000-dən artıq badam ağacı əkiblər. Əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyəti və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Aksiyanın məqsədi ölkənin meşə ehtiyatlarının artırılması və ekoloji mühitin mühafizəsinə dəstək verməkdir.
C.ABASOV