Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bundan başqa, gecə saatlarında Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.