
Şamaxı Astrofizika Rəsədxanası Ramazan bayramı ilə bağlı açıqlama verib.
Rəsədxanadan verilən açıqlamada deyilir: "Edilən çoxsaylı zəng və sorğulara cavab olaraq elmi əsaslarla bildirmək istərdik ki, Yeni ay iyunun 3-ü, 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.
Təzələnmiş ayın hilalının görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.
Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın hilalını gözlə görmək mümkün olar.
Odur ki, Azərbaycanın üfüqündə şəvval ayının hilalı iyunun 4-ü, axşam saatlarında 20:20-21:06 ərəfəsində) gözlə görünəcək".



