Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə yeni rəis təyin olunub.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə idarənin rəis müavini Vüqar ismayılov idarəyə rəis təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Qeyd edək ki, idarənin əvvəlki rəisi Bəhruz Səfərəliyev xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.