
"Artıq bölgələrdə və Bakının bir sıra məktəblərində xüsusi təmayüllü məktəblər və məktəb-liseylər yaradılır ki, bu da repetitorluğa alternativ formalaşdırmaq üçün ilkin addımlardır. Düzdür, bu problem tam həll olunmayacaq, amma müəyyən istiqamət artıq müəyyənləşib".
Təhsil eksperti Məzahir Məmmədli bu fikirləri 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, bir neçə ildən sonra repetitorluğun bir qədər səngiməsini müşahidə edəcəyik:
"Ümumiyyətlə bu sistemdən tam şəkildə imtina olunması bir qədər çəti dir. Əgər qəbul sistemi ixtisaslar üzrə və ya buraxılış imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə seçim imkanı yaradılsao halda repetitorluq da ciddi şəkildə azalacaq. Lakin hazırkı vəziyyətdə atılan hər hansı addımdan repetitorluğun tam aradan qalxması nəticəsini gözləmək real olmaz".
Sevinc Qarayeva



