https://525.az/img/pics/medium/2026-06/393233_kuuuwdqpkx.jpg Söz və zəka nuruna bürünmüş aydın
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2026-06/393208_x5dt4cj5mj.jpg Ölkəmizin enerji strategiyası yeni mərhələdə
https://525.az/img/pics/medium/2026-06/393207_tlshd5suyr.jpg Tramp Xamenei ilə görüşmək istəyir
search
4 İyun 2026
3 İyun 2026

"Çelsi"nin əfsanəsi vəfat etdi

"Çelsi"nin əfsanəsi vəfat etdi

İngiltərə futbolunun tanınmış simalarından biri, “Çelsi”nin əfsanəvi hücumçusu Bobbi Temblinq 84 yaşında dünyasını dəyişib.

525.az xəbər verir ki, bu barədə onun vaxtilə çalışdırdığı "Kroşaven" klubu sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, sabiq futbolçu uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Bobbi Temblinq “Çelsi” tarixinin ən məhsuldar futbolçularından biri hesab olunur. O, 1959–1970-ci illərdə London klubunun formasını geyinib, 370 oyunda 202 qol vurub. Uzun illər klubun bombardiri olan Temblinqin rekordu yalnız 2013-cü ildə Frenk Lempard tərəfindən yenilənib. Buna baxmayaraq, o, hələ də “Çelsi”nin İngiltərə çempionatları tarixində ən çox qol vuran (164) futbolçusudur.

Qeyd edək ki, Temblinq klub tarixində bir oyunda vurulan qolların sayına görə də rekordçulardan biridir. O, 1966-cı ildə “Aston Villa” ilə matçda 5 qol vuraraq yadda qalan performans nümayiş etdirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.