https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama

AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama

AFFA UEFA-nın "Turan Tovuz"u Konfrans Liqasında iştirak hüququndan məhrum etməsi ilə balı qərarına aid daha bir açıqlama yayıb.

525.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirilib:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə  Azərbaycanı təmsil edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.