|
|
|
|

İran Küveytə raket və dron zərbələri endirib.
525.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hava limanını hədəf alan hücumda 1 nəfər ölüb, 63 nəfər isə yaralanıb.
Açıqlamada həmçinin, hücumlar nəticəsində bəzi həyati əhəmiyyətli obyektlərin, o cümlədən diplomatik nümayəndəliklərin zədələndiyi vurğulanıb:
“İran tərəfindən bölgədə gərginliyi artıran, təhlükəsizlik və sabitliyi pozan bu hücumlar qəbuledilməzdir”.
Həmçinin, hücumların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2026-cı il tarixli 2817 saylı qətnaməsini açıq şəkildə pozduğu qeyd edilib.
İbrahim Cəfərov



