|
|
|
|

Braziliyada 19 yaşlı qız akulanın hücumuna məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Boa-Viajem çimərliyində baş verib.
Qız sahilə yaxın ərazidə üzərkən akula onun sağ ayağını dişləyib. Qardaşının köməyi ilə kınara çıxarılan zərərçəkənin bəxtindən həmin vaxt ərazidə həkim olub. Məhz o qanaxmanı dayandıraraq qızı ölümdən xilas edib.
Qeyd edək ki, xəstəxanada yaralının həyatı xilas olunsa da, həkimlər onun ayağını amputasiya etmək məcburiyyətində qalıblar.
L.Tağıyeva



