|
|
|
|

Azərbaycanda üzgüçülüyə maraq ildən-ilə daha da artacaq.
525.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimində deyib.
O, turnirin əhəmiyyətini və qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb:
"Hər yaş kateqoriyası üzrə keçirilən bu kütləvi tədbirə 2025-ci ildən etibarən 500-dən çox iştirakçı qatılıb. Final mərhələsində 70-ə yaxın idmançı gücünü sınayır. Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyinin əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir. Üzgüçülük insanların sağlam həyat tərzi yaşamasına töhfə verir. İnanırıq ki, ildən-ilə bu idman növünə maraq daha da artacaq".
Qeyd edək ki, "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulacaq.



