|
|
|
|

Dünən Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs "Chase" bankının şöbələrindən birinə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı kişi bir neçə nəfəri girov götürüb.
Qısa zamanda əraziyə polis və FTX əməkdaşları cəlb olunub. Yerli polisin verdiyi məlumata görə, bir qədər sonra cinayətkar öldürülüb. Girovlar arasında xəsarət alan yoxdur.
Qeyd edək ki, cinayətkarın kimliyi və motiv barədə hələlik ictimaiyyətə açıqlama verilməyib.
L.Tağıyeva



