
"Bəzi hallarda taksi tətbiqlərində sürücünün sifariş məntəqəsinə çatma müddəti ilə sərnişinə göstərilən vaxt arasında ciddi fərq yaranır".
Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov 525.az-a bildirib. Ekspert qeyd edib ki, tətbiq sürücüyə real vəziyyəti əks etdirən məlumat təqdim etdiyi halda, sərnişinə daha qısa müddət göstərilir. Məsələn, sürücü sifariş ünvanına 15 dəqiqəyə çatacağını görür, lakin eyni vaxtda sərnişinin tətbiqində avtomobilin cəmi 5 dəqiqə sonra onun yanında olacağı qeyd edilir.
Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır. Çünki sərnişin tətbiqdə göstərilən vaxta əsasən gözlənti formalaşdırır, avtomobil gecikdikdə isə məsuliyyəti sürücünün üzərinə qoyur.
Sevinc Qarayeva



