"Azərbaycan bizim vacib tərəfdaşımızdır. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam edir".
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
"Bu, yeni nəsil sazişdir. Bu sənəd 90-cı illərin ortalarında imzalanıb və onun təkmilləşdirilməsinə ehtiyac var", - K. Yankauskas bildirib.
O qeyd edib ki, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və yeni saziş üzrə irəliləyiş əldə olunmaqdadır.