
Rumıniya Olimpiya Komitəsinin rəhbəri Mihay Kovaliu Azərbaycana səfərə gələcək.
Bu barədə "Report"a Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, M.Kovaliu iyulun 20-28-də paytaxtımızda keçiriləcək "Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalında milli komandaya rəhbərlik edəcək.
Rumıniyanın nümayəndə heyətinin tərkibində həmçinin bu ölkənin bir sıra idman federasiyalarının başçıları da yer alacaq.



