|
|
|
|
Rusiyanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yakovenko vəzifəsindən azad olunub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Səfirlikdən bildirilib ki, İvan Volodin müvəqqəti işlər vəkili təyin olunub.
Qeyd edək ki, Aleksandr Yakovenko 2011-ci ildən bu postda idi.