ABŞ Prezidenti Donald Trampın payızda Polşaya səfəri gözlənilir.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın vitse prezidenti Maykl Pens Polşa Prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, Donald Trampın sentyabrın 1-2-də Polşaya səfəri gözlənilsə də "Dorian" qasırğasının ABŞ-a yaxınlaşması ilə əlaqədar o, son anda bu səfəri təxirə saldığını bəyan edib.
İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü münasibətilə Polşada təşkil olunan tədbirlərdə ABŞ-ı vitse prezident Maykl Pens təmsil edib.
A.Duda də çıxışı zamanı ABŞ Prezidentinin qarşıdakı aylarda Polşaya səfər edəcəyinə inandığını ifadə edib.