Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sultan Tofiq oğlu Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, Sultan Dadaşov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.