Rusiyalı jurnalistlər – Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquevin soyğunçuluq məqsədilə öldürülməsi versiyası təsdiqini tapıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi sədrinin müavini İqor Krasnov “Kommersant” qəzetinə müsahibəsində bildirib.
O deyib ki, hadisənin araşdırılması zamanı məlum olub ki, qətl həmin regionda sistemli ağır cinayətlər törədən Mərkəzi Afrika Respublikası (MAR) və ya yaxın ölkələrin sakinləri tərəfindən soyğunçuluq məqsədilə törədilib.