Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə informasiyalar yayılıb.
Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən "Report"a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir.
Belə ki, İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.