|
|
|
|
Fevralın 7-də RF Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycana işgüzar səfər edəcək.
Nümayəndə heyətinə RF Federasiya Şurasının elm, təhsil və mədəniyyət Komitəsinin sədri Liliya Qumerova başçılıq edəcək.
Federasiya Şurasından AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə federativ qurumlar, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri üzrə Komitə sədrinin birinci müavini Arkadi Çernetski, Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsi sədrinin müavini Aleksandr Başkin, aqrar-ərzaq siyasəti və təbiətdən istifadə Komitəsinin üzvü Sergey Belousov və sosial siyasət Komitəsinin üzvü Sergey Leonov daxildirlər.