|
|
|
|
Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub.
Secki-2020.az saytının xəbərinə görə, bunu almaniyalı müşahidəçi Birgit Vetsel deyib. O, seçkiləri müşahidə etməyə Azərbaycanın Berlindəki səfirliyinin dəvəti ilə gəldiyini deyib: “Biz bir neçə seçki məntəqəsində olduq və əmin olduq ki, səsvermə prosesi yaxşı təşkil olunub”.
Onun sözlərinə görə, parlament seçkilərinin bu səviyyədə keçirilməsi Azərbaycanın gələcək nəsilləri üçün həlledici əhəmiyyət daşıyır: “Biz burada olduğumuz 3 gün ərzində bu qənaətə gəlmişdik ki, seçkilər uğurlu keçəcək. Biz öz namizədliyini irəli sürmüş çoxlu sayda gənc və müstəqil namizəd gördük”.