Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftla görüşüb.
APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Suriyadakı vəziyyət, qaçqınlar problemi və regional məsələlər müzakirə edilib.
İdlibdəki vəziyyətin getdikcə gərginləşməsi fonunda NATO ilə həmrəyliyin vacibliyi vurğulanıb.
C. Cefri və K. Kraft Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” hərəkatı haqda məlumatlandırılıb.