Avropanın altı ölkəsi arasında Aİ-nin Ani Reaksiyalı Kibernetik Qüvvələrinin yaradılmasına dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “BNS” agentliyinə Litvanın Müdafiə nazirinin müşaviri Vita Ramanuskayte məlumat verib.
Sənəd Litva, Estoniya, Xorvatiya, Polşa, Niderland və Rumıniya arasında imzalanıb.