https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.  

Topaz Premyer Liqasının XV turunun “Rəvan” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 27 nömrəli futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XV turunun “Simurq” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.

Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 nömrəli futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 56-cı dəqiqəsində AZAL klubunun 20 nömrəli futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə tətbiq olunub.

Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 nömrəli futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.