Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Departamentdən APA-ya verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.