"Fevral və mart ayında keçirilən imtahanlarda iştirak edən namizədlərin də temperaturu ölçülürdü. Növbəti dəfə də keçirəcəyimiz imtahanlarda kimsə xəstə olsa o, iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa digərində iştirak edəcək. Yox əgər bir dəfə imtahan keçirilsə o, xəstə halda imtahana buraxılmayacaq".
525-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar (DİM) Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, hər bir namizəd imtahana gəlməmişdən qabaq öz səhhətinə diqqət etməlidir.
M.Abbaszadə bildirib ki, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək:
“Amma mövcud vəziyyət imkan verməsə təbii ki, bir dəfə qəbul imtahanı keçiriləcək. Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq”.
Onun sözlərinə görə, onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər. Onlayn imtahanlarda kiminsə evdə kəsilməz internetinin, avadanlıqlarının olması vacibdir və bu iştirakçı tərəfindən təmin edilir".
Oflayn imtahanlarda isə hansısa zallara şagirdlər dəvət edilir. "Kompüterləri, interneti özümüz təmin edirik. Bu məsələlər müzakirə edilir. Ölkədəki vəziyyət müzakirə edilir və nə dərəcədə mümkündürsə, ona uyğun ediləcək".
M.Abbaszadə vurğulayıb ki, tədris başqa dildən olan şagirdlərin Azərbaycan dilində onlayn imtahanları ilə bağlı müəyyən araşdırmalar aparılıb. O deyib ki, bu məsələ karantin rejimi qaydalarının nə dərəcədə dəyişməsindən asılıdır:
“Onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bu imtahanlarda tək online yox offline imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik. Hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqini gözləyirik. Bundan sonra ixtisas seçimi mərhələsini başlaya biləcəyik. Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da online yoxsa offline keçirilməsi müzakirə olunur".
S.QARAYEVA