Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Xanımana Əlibəyli - Elektron Məlumat Bazası” virtual şəkildə oxuculara təqdim olunub.
525.az xəbər verir ki, baza “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının əvəzolunmaz simalarından biri olan Xanımana Əlibəylinin anadan olmasının 100 illiyi münasibətilə yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədi ilə tərtib olunub.
10 bölmədən ibarət olan “Xanımana Əlibəyli” Elektron Məlumat Bazası”nda - “Xanımana Əlibəylinin həyat və yaradıcılığı”; “Həyat və fəaliyyətinin əsas tarixləri”;“Görkəmli şəxsiyyətlər şairə haqqında”; “Əsərləri”; “Haqqında”; “Tərcümələri” “Sözlərinə yazılmış mahnılar”; “Xanımana Əlibəyliyə həsr olunmuş şeirlər”; “Mükafatları” “Fotoqalereya”; bölmələri yer alıb.
Bazaya şairin həyat və yaradıcılığını (1936-2018) əhatə edən 551 adda material daxil edilib.
Əsərləri bölməsi - Kitablar (Azərbaycan, Rus, Digər dillərdə) biblioqrafik təsvirləri ilə yanaşı, onların tam mətnləri də daxil olunub və Məqalələr iki dildə Azərbaycan və rus dillərində - Azərbaycan dilində - Ədəbi tənqidi publisistik məqalələri və Kitablarda və dərsliklərdə dərc olunmuş əsərləri, Dövri mətbuatda və məcmuələrdə dərc olunan əsərləri hissələrindən ibarətdir.
Haqqında bölməsi 3 hissədən kitablar, məqalələr və Avtoreferat və disertasiyaların biblioqrafik təsvirini özündə əks etdirir.
Fotoqalereya bölməsində ədibin həm şəxsi həyatını əks etdirən fotolarla yanaşı kitablarının foto sərgisi də verilmişdir.
“Xanımana Əlibəyli - Elektron Məlumat Baza”sı ilə buradan tanış ola bilərsiniz: http://clb.az/elektron/XanimanaElibeyli/index.html