|
|
|
|
Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, onların ailələrinə, arxa cəbhədə fərqlənənlərə, həmçinin, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli sözügedən Sərəncamı alqışlayaraq deyib ki, bu, Azərbaycan dövlətinin, şəxsən möhtərəm cənab Prezidentin veteranlara, vətən uğrunda fədakarlıqlar göstərmiş insanlara yüksək qayğının daha bir yüksək nümunəsidir.
E.Həsənli bildirib ki, İkinci Dünya müharibəsində 700 min azərbaycanlı iştirak edib və onların 300 mindən çoxu qayıtmayıb. Həmçinin qələbə qazanılmasında Bakı neftinin müstəsna rolu olub: “Bakı şəhəri qələbənin əldə edilməsində bir neçə parametrə görə müstəsna roy oynayırdı. Bütün hərbi texnikaların 70 faizi, təyyarələrin 90 faizi Bakı nefti ilə işləyirdi. Bakının hospitallarında yüz minlərlə yaralı müalicə olunurdu. Eyni zamanda burada silah-sursat istehsal edilirdi. Azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə işləyərək cəbhəni ərzaqla, silah-sursatla və neftlə təmin edirdilər. Ona görə də Azərbaycanın bu qələbədə xidməti son dərəcə böyükdürçoxdur. 700 min nəfər sadəcə Azərbaycandan gedənlərin sayıdır. O vaxt Gürcüstanda, Ermənistanda, Dağıstanda və Rusiyanın başqa yerlərində yaşayan azərbaycanlılar da cəbhəyə getmişdilər. Əslində bu rəqəm daha böyükdür, milyona yaxındır”.
Birlik rəhbəri deyib ki, İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə qayğı göstərilməsi gənc nəslin milli-vətənpərvərlik tərbiyəsi baxımından çox önəmlidir: “Dövlətimiz istər İkinci Dünya müharibəsi, istər Qarabağ müharibəsində, istərsə də 20 yanvar faciəsində sağlamlığını itirmiş şəxslərə fərq qoymadan yardım göstərir. Aylıq müavinətləri artırılır, bir çox güzəştlər edilir. Onların övladları təhsil haqqından azaddırlar. Sağlamlıqları, sanatoriya-kurort və mənzil şəraitləri ilə bağlı mühüm işlər görülür. Vətən uğrunda canını vermiş adamlara xüsusi qayğı, diqqət göstərilməlidir və Azərbaycan dövləti bu qayğını layiqincə yüksək səviyyəyə qaldırıb. məsək,
Dövlətimiz üzərinə düşəni edir, yaxşı olar ki, sahibkarlarımız da bu işdə fəal olsunlar. Şirkətlər tikdikləri binalarda şəhid ailələrinə, qazilərə də mənzil versinlər. İndiyə kimi hansı özəl tikinti şirkəti bir nəfər veterana, şəhid ailəsinə ev verib? Azərbaycanda elə özəl universitet varmı ki, dövlətin konkret qərarı olmadan hər il 5 Qarabağ qazisinin, yaxud şəhidin övladına pulsuz təhsil versin? Təəssüf ki, yoxdur. Bunların hamısını dövlətimiz həll edir və buna görə də möhtərəm cənab Prezidentimizə ürəkdən minnətdarıq”.