
Azərbaycan Yazıçılar Birliyinin və "Ulduz" jurnalının ortaq layihəsi olan "#ulduzlu nəşrlər" seriyasından növbəti - doqquzuncu kitab işıq üzü görüb.
Bu seriyada mərhum şairə Fərqanə Mehdiyevanın müxtəlif illərdə qələmə aldığı şeirləri yer alıb.
Məlumat üçün bildirək ki, sözügedən layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Aləm Kəngərli, rəssamı isə Sehran Allahverdidir.
"Təhsil" nəşriyyatında çap olunmuş kitab müəllifin sayca altıncı kitabıdır. Buna qədər onun "Çəkdiklərim mənə bəsdir", ,"Deyirlər, şirindi dünya", "Payızın yanında gözlərsən məni", "Hayana gedib anam?", "İkimiz darıxsaq" kimi kitabları çap olunub.
Fərqanə Mehdiyeva uzun illər "Ulduz" jurnalında çalışıb. AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü idi. 56 yaşlı şair uzun sürən xəstəlikdən sonra 2020-ci ilin mayında Bakıda vəfat edib.



