Valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı veriləcək. Valideynlər ya onlayın təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, məktəbdə şagirdlərin bədən tempraturu yoxlanılacaq:
“Valideynlərə də müraciət edirik ki, əgər uşaqda tepmeratur olarasa, məktəbə gətirməmək məqsədə uyğundur”.