Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində laboratoriyalara, tədris-istehsalat emalatxanalarına, tamaşa otaqlarına dair tələblər müəyyənləşib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.
Qaydalarda qeyd edilib ki, laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi olaraq havalandırılır.
Laboratoriyaların, tədris-istehsalat emalatxanalarının qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər yerləşdirilir.
Laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara məsafəsi gözlənilməlidir.
Laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir.
Döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə mütəmadi olaraq dezinfeksiya edilməlidir.
Tamaşa otaqlarının isə fəaliyyəti dayandırılır.