Jurnalist kimdir?
Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
Milli Mətbuat Gününə oxucu təbriki
"Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
22 İyul 2026
17:00
“Universitet bu boşluğu görməli, məsuliyyəti üzərinə götürməlidir” -
Təhsil eksperti
16:45
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb
16:36
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
16:24
Gənclər Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
16:12
Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib
16:03
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
16:00
“Elektron maliyyə xidmətlərinin sürətlə yayılması bank sektorunun böyüməsində mühüm rol oynayıb” -
İqtisadçı
15:53
“Yüksəliş” qaliblərinin ali təhsil göstəriciləri açıqlanıb
15:51
Azərbaycanda karbon bazarının monitorinqi aparıla bilər
15:46
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
15:35
"İşəgötürənlər artıq “diplomun var” yox, “nə bacarırsan” sualını verir" -
Mütəxəssis rəyi
15:20
Oçoa karyerasını başa vurdu
15:18
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:02
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
15:00
“Bununla avtomatik olaraq onun borc öhdəliklərini öz üzərinə götürmüş sayılır” -
Ekspert
14:56
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
14:55
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb
14:53
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
14:49
Lavrov və Rubio sabah
görüşəcəklər
14:42
Rubio ABŞ və Çin arasında mümkün münaqişəni qlobal fəlakət adlandırıb
14:30
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
14:24
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
14:18
Nazir Milli Mətbuat Günü ilə bağlı paylaşım edib
14:06
Jurnalist kimdir?
14:00
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb
13:57
Temperatur 41 dərəcəyə yüksələcək -
XƏBƏRDARLIQ
13:54
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
13:48
"Azərbaycan mediası ölkəmizin inkişafına xidmət edən əsas ictimai institutlardan biridir" -
Şahin Bayramov
13:42
74 il əvvəl qəzaya uğramış təyyarənin qalıqları aşkarlandı
13:36
Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
13:25
VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşib
13:19
Məşhur aktyorun dördüncü övladı da atasının soyadından imtina edir
13:07
Cəbrayıl və Qazax rayonlarında qolf üzrə tanıtım təlimləri keçirilib
13:00
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
12:54
Türkiyədə sərnişin avtobusu aşdı -
31 yaralı
12:48
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
12:36
Sabah hava necə olacaq?
12:25
"Neftçi"dən ayrılıb bu kluba keçdi
12:19
Ötən gün 58 cinayətin açılması təmin edilib
12:13
İlin birinci yarısında Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb -
STATİSTİKA
12:07
Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
12:00
“Azercell” Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini
təbrik edir
11:54
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb -
VİDEO
11:48
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” -
Günay Əfəndiyeva
11:42
Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək"
11:36
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
11:31
Cari ilin altı ayında qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə bərpa edilib
11:25
Azərbaycan ilə Pakistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da genişləndirilir
11:19
Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
11:13
Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açılıb
11:07
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
11:00
“Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir” -
SSKA-nın futbolçusu
10:54
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
10:48
DSMF-nin xərcləri 10 faizdən çox artıb
10:42
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
10:36
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib
10:31
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanır
10:25
Azərbaycandakı hotellərdə qalanlar onlayn rəy verə biləcək
10:19
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən bəzi liftlərin fəaliyyəti dayandırılıb
10:13
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
10:07
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
10:00
Milli Mətbuat Gününə oxucu təbriki
09:54
Nyu-York birjasında təbii qazın dəyəri artıb
09:48
Mağazaya soxulan leopard 3 nəfəri yaralayıb
09:42
Qızıl və gümüş bahalaşıb
09:36
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
09:31
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
09:25
Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
09:19
Yaddan çıxmış sənətkarlar -
Qürbətdə vəfat edən Tofiq Mirzəyev kim idi...
09:13
Dünya bazarlarında neft bahalaşıb
Son xəbərlərin davamı »
Xarakterik rənglər axtarışında
Yazar
Oxunub:
1947
dəfə
a
-
A
+
27.01.14 15:10
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
Filologiya
üzrə
fəlsəfə
doktoru
Son
bir
neçə
onillikdə
bədii
təfəkkürü
,
düşüncəsilə
ədəbiyyata
gələn
yeni
nəsil
təbii
ki
,
dövrün
ədəbiyyatını
yaratmaqla
özünüifadəyə
maraqlıdırlar
.
Bu
,
sovet
rejiminin
süqutundan
sonra
meydana
gələn
azad
ruhlu
əsərlərdə
özünü
daha
qabarıq
formada
göstərir
.
Əslində
bu
azadlıq
daxili
bir
inama
,
vicdanın
səsinə
tapınanda
dəyərli
olur
.
Nə
gizlədək
,
bəzən
sərbəstliyimizi
kin
-
küdurətə
,
şəxsi
ambisiyalara
qul
edəndə
azadlığın
rəngləri
də
qarışır
.
O
zaman
həyat
gerçəkliklərindən
uzaq
düşən
yazıçının
özünüifadəsi
çətin
ki
,
baş
tuta
...
Təxminən
üç
ay
əvvəl
“
Yada
düşdü
”
jurnalında
“
Sevgi
məbədində
vaxtsız
ölüm
”
adlı
bir
hekayə
oxudum
.
Hadisələrin
dinamik
inkişafı
,
müəllifin
özünün
də
bir
iştirakçı
kimi
əvvəldən
axıracan
baş
verənlərin
mərkəzində
olması
,
yaşanılan
ömrün
puçluğuna
şahidliyi
,
faciəni
doğuran
səbəb
,
nəhayət
,
xoşbəxtliyin
qara
sonluğu
mənə
maraqlı
göründü
.
Nədən
ki
,
müəllifin
baş
verənləri
haysız
-
küysüz
bir
formada
təsviri
cəlbedici
idi
. “
Ölüm
mələyi
”
nin
yaratdığı
mənzərə
uzun
zaman
gözlərimin
qarşısından
çəkilmədi
.
Müəllif
faciəli
sonluğun
biabırçı
mənzərəsini
arxa
plana
keçirməklə
,
oxucunu
iki
sevdalının
bir
can
kimi
əbədiləşməsilə
bu
sevginin
haqqına
inandıra
bilib
.
Əbədi
sevginin
faş
olmuş
mübhəmliyi
mentalitetimizin
qəbul
etmədiyi
formada
baş
versə
də
,
faciəyə
məntiqi
ləyaqət
gətirə
bilib
.
Burda
müəllifin
ədəbi
cəsarəti
,
axına
qarşı
getməsi
özünəxas
dəst
-
xəttin
ifadəsidir
.
Haqqında
söz
açdığım
hekayənin
müəllifi
gənc
yazıçı
Natiq
Məmmədlidir
.
Natiq
ixtisasca
tarixçidir
,
tarix
üzrə
fəlsəfə
doktorudur
.
Amma
taleyini
jurnalistikaya
bağlayıb
,
söz
adamı
kimi
özünü
məhz
burda
tapıb
. “
Kaspi
”
qəzetinin
baş
redaktoru
,
Əməkdar
jurnalistdir
.
Onu
da
qeyd
edim
ki
, “
Kaspi
”
nin
şənbə
saylarında
ədəbiyyatımız
,
mədəniyyətimizlə
bağlı
verilən
yazılar
qəzetin
ətrafında
zövqlü
oxucu
auditoriyası
toplaya
bilib
.
Söhbətimin
əvvəlindən
duyulduğu
kimi
,
bu
yazıda
Natiqin
bədii
yaradıcılığından
söhbət
açmaq
fikrindəyəm
.
Əslində
jurnalistika
ilə
yazıçılıq
ədəbi
yaradıcılıqda
qoşa
qanad
kimidir
.
Bunlar
hər
zaman
bir
-
birini
cilalayan
və
tamamlayan
peşədirlər
.
Son
illərdə
Natiqin
bədii
yaradıcılıqla
məşğul
olması
və
bu
sahəyə
də
kifayətcə
ciddi
yanaşması
yaradıcılığın
ədəbi
qolunda
da
özünü
ifadə
etməsi
istəyi
ilə
əlaqədardır
.
Onun
“
Sevgi
məbədində
vaxtsız
ölüm
”
hekayəsi
ətrafında
ədəbi
zövqünə
inandığım
iş
yoldaşım
Azər
Sarıyevlə
fikirlərimi
bölüşəndə
o
,
mənə
Natiqin
“
Ləyaqət
düsturu
”
kitabını
oxumağı
məsləhət
bildi
.
Kitabdakı
hekayələri
oxuyub
başa
çıxanda
hiss
etdim
ki
,
düşüncəmdə
yazıçının
həyat
müşahidələrinin
,
qəhrəmanların
yaşadığı
ömür
-
günün
içərisindəyəm
.
Bəri
başdan
onu
deyim
ki
,
hekayələrin
səmimiliyi
özünün
təhlilini
doğuran
bədii
detallar
,
təsvirlər
,
lövhələrlə
zəngindir
.
Duydum
ki
,
Natiq
uşaqlıq
çağlarından
üzü
bu
yana
,
ətrafında
baş
verən
hadisələrə
biganə
qalmamış
,
həmişə
nələrinsə
axtarışında
olmuşdur
.
Müşahidələrini
yelə
verməmiş
,
onları
bədii
lövhələr
,
illüstrasiyalar
kimi
hafizəsində
hifz
etmişdir
.
Bu
ədəbi
axtarışların
xarakterik
formaları
,
hekayələrdə
təsvir
olunmuş
həyat
materiallarının
,
zəngin
faktların
sadə
və
lakonik
şəkildə
ifadəsi
onun
uğuruna
hesablanmalıdır
.
Burda
fərqinə
vardığım
əsas
amil
müəllifin
bütün
hadisələrin
içərisində
olması
,
onları
ədəbi
məhsula
çevirə
bilmək
bacarığı
idi
.
Yazıçı
bütün
hekayələrində
özünəməxsus
orijinallıqla
görünür
.
Adama
elə
gəlir
ki
,
Natiq
küçədə
,
ictimai
yerlərdə
prototip
olacaq
qəhrəmanları
ilə
yanaşı
addımlayır
,
onları
davranışından
,
səsindən
-
sözündən
tanıyır
.
Bu
adamlar
yaddaşını
tərk
etməmiş
gördüyü
cizgilərin
rəngini
seçməyə
,
ayırmağa
,
ən
başlıcası
da
bu
rəngləri
qarışdırmamağa
çalışır
.
Elə
xarakterik
rəngləri
həyatın
özündə
axtardığına
görədir
ki
,
bu
cəhdi
,
zəhməti
uğurlu
alınır
.
Belə
axtarışlar
Natiqin
yaradıcılığında
vərdişə
çevrilib
.
Özünütəsdiqin
çətin
yoluna
düşən
gənc
qələm
sahibi
heç
kimi
təqlid
etmədən
,
fərdi
qaydada
qurduğu
yaradıcı
təsərrüfatında
ədəbi
məhsullarını
yetişdirir
.
Natiq
hekayələrinə
maraqlı
giriş
verməyi
bacarır
.
Bu
girişin
özü
artıq
süjetin
inkişafına
təkan
verir
.
Sanki
hansısa
bir
qəsrin
qapısını
açırsan
,
qarşında
hər
şeyi
yerli
-
yerində
,
öz
rəngində
görürsən
.
Maraqlı
görünən
tərəflərdən
biri
də
budur
ki
,
müəllif
həyat
gerçəkliklərini
xarakterik
detallarıyla
yazıya
gətirərkən
ona
düşünülmüş
sonluq
verməyi
bir
məqsəd
kimi
qarşısına
qoymur
.
Bu
vəzifəni
halına
-
xasiyyətinə
bələd
olduğu
personajın
üzərinə
qoyur
.
Elə
bu
səbəbdən
də
çox
zaman
hekayənin
məhz
gözlənilməyən
bir
sonluqla
bitməsi
insanı
uzun
zaman
öz
təsirində
saxlayır
.
Bu
da
yaxşı
bir
novella
sonluğunu
xatırladır
.
Natiqin
hekayələrində
çeşid
-
çeşid
personajlar
–
ləyaqət
alverçisi
,
kor
,
kloun
,
məmur
,
bivec
oğullar
,
oğru
...
var
.
Müəllif
projektorun
gur
işığını
müxtəlif
peşə
,
əqidə
sahiblərinin
ləyaqətinə
,
mənəviyyatına
salır
.
Təkcə
“
Ləyaqət
düsturu
”
nda
deyil
,
başqa
hekayələrin
də
məğzində
dayanan
insan
əxlaqının
,
ləyaqətinin
,
milll
dəyərlərin
qorunma
məsələsidir
.
N
.
Məmmədlinin
“
Ləyaqət
düsturu
”
hekayəsində
oxucunu
düşündürən
qəhrəmanın
düşdüyü
vəziyyətdir
.
Hansısa
qəzetdə
bir
jurnalistin
tənqidindən
qızışıb
özündən
çıxan
birisinin
“
şərəf
və
ləyaqətinin
”
dəyərinin
ödənilməsindən
ötrü
məhkəməyə
müraciət
etməsi
fikri
qəhrəmanı
gülünc
vəziyyətə
salır
.
Yazıçının
bu
əsərində
insan
ləyaqəti
obyekt
kimi
axtarışdadır
.
Burda
hekayənin
qəhrəmanı
Cəsarətin
dəyərləndirmək
istədiyi
ləyaqət
hissinin
əslində
özündə
olmaması
məsələsi
ortaya
çıxır
.
Bəlkə
də
müəllif
insan
əxlaqının
başlıca
meyarı
olan
ləyaqət
amilini
–
bu
bədii
detalı
daha
şaxəli
süjet
ətrafında
inkişaf
etdirə
bilərdi
.
Görünür
,
yazıçı
janrın
tələbinə
uyğun
olan
lakonikliyi
itirməməkdən
ötrü
,
axtarışa
çıxarılan
“
ləyaqətə
”
yığcam
forma
verərək
rəngli
bir
tablo
yaratmağı
düşünmüşdü
.
İnsan
xilqətinin
ali
dəyəri
olan
bu
keyfiyyət
“
Ləyaqət
düsturu
”
ndan
start
götürərək
onun
digər
hekayələrində
də
davam
etdirilir
.
Yəni
müəllif
xarakterik
rəngləri
başqa
-
başqa
istiqamətdən
öyrənir
.
Onların
görkəmindən
tutmuş
,
səsində
,
hərəkətlərində
nəyisə
canlı
vermək
üçün
gördüyü
,
seçib
-
aradığı
rənglərdən
obrazların
aydın
və
dolğun
görünməsində
məharətlə
istifadə
edir
.
Belə
yaxınlıqda
onları
yetərincə
tanımağa
çalışır
.
İnsanın
həyat
tərzini
,
əməllərini
həyatın
özündə
müşahidə
etməsi
,
duyması
oxucunu
bu
gerçəkliklərə
inandırır
.
Onun
əsərlərində
hadisələrin
baş
verməsindən
başlamış
,
süjetin
inkişafı
prosesi
,
ideyanın
təsir
gücü
özünüifadəyə
tapınır
.
Yazıçı
çox
sadə
,
həm
də
maraqlı
görünən
məqamları
və
tərəfləri
həyat
materiallarının
timsalında
yığcam
,
intellektual
təhkiyəsilə
diqqətə
çatdırır
.
Bütün
hadisələr
müəllifin
göz
yaddaşından
keçir
.
Həm
də
sadəcə
görünüb
keçmir
.
Korun
görüb
keçdiyi
yasəmən
ağacının
ətrindən
başlamış
,
əyri
-
üyrü
,
daşlı
-
torpaqlı
daldabucaqlar
da
oxucunun
gözləri
qarşısından
kinolenti
kimi
ötür
.
Burda
bədii
təsvirlər
,
düşüncələr
,
dialoqlar
canlıdır
,
duyumludur
,
eşidiləndir
.
Elə
Natiqin
hekayələrinin
yaddaşı
xəfif
bir
meh
kimi
oyatmasının
bir
səbəbi
də
budur
.
“
Mən
bu
şəhərin
küçələrini
,
döngələrini
kələ
-
kötüründən
,
insanların
,
heyvanların
səsindən
,
ağaclarını
,
güllərini
qoxusundan
tanıyıram
” (“
Korun
gördüyü
gələcək
”),
ifadəsi
əslində
korun
necə
aydın
,
iti
baxışlara
malik
,
zəngin
həyat
təcrübəsinə
,
yaşadığı
dünyaya
bağlı
bir
insan
olduğunu
göstərir
.
Ən
əsası
da
korun
gördüyü
gələcəyi
bəzi
kortəbli
,
kor
düşüncəli
açıq
gözlərin
görə
bilmədiyinə
oxucunu
inandırır
.
Dünya
işığından
məhrum
olan
bir
kişinin
gördüyü
gələcəkdə
insani
münasibətlərin
kobudcasına
pozulduğunu
,
nizam
-
tərəzinin
itdiyini
,
həyat
rənglərinin
qarışdığını
göz
önündə
canlandıranda
adam
getdiyi
gələcəyin
özündən
qorxur
.
Əslində
bu
qorxunun
içində
hər
cür
ədalətsizliyə
bir
üsyan
var
:
İnsanlar
!
Xəbisliyi
,
acgözlüyü
,
əyrini
,
yalanı
gələcəyə
qoymayın
!
Harınlamış
,
gözünü
pul
örtmüş
ləyaqətsiz
Lütfinin
(“
Kloun
”)
kloun
qiyafəsində
olan
adama
təhqiramiz
yanaşması
,
onu
kişi
saymaması
əslində
özünün
bu
yüksək
addan
məhrum
olmasını
yazıçı
hekayə
boyu
xarakterik
detallarla
açır
.
Müəllif
bu
kəsikliyi
o
qədər
aydın
rənglərlə
yaradır
ki
,
hətta
Lütfinin
azyaşlı
oğlu
da
bu
tabloda
atasıyla
klounun
arasındakı
xarakterik
rəngləri
aydın
görə
bilir
.
“
Uşaq
pıçıltıyla
: –
Sən
kişisən
, –
dedi
. –
Mən
klounam
, –
cavab
verdi
. –
Bəs
kişi
kimdi
? –
Kişi
sənin
atan
,
əmin
,
dayın
... –
Mən
də
kloun
olmaq
istəyirəm
... –
uşaq
bu
dəfə
bərkdən
dedi
”.
“
Mənim
birinci
yalanım
”
da
mövzunun
peşəkarcasına
işlənməsi
,
ömrün
kiçik
bir
zolağında
yaşanılan
həyatın
təsviri
o
qədər
səmimi
,
xarakterikdir
ki
...
Bu
yalan
müəllifin
hələ
həyatın
isti
-
soyuğuna
alışmadığı
,
rənglərini
ayırd
etmədiyi
bir
vaxtda
baş
vermişdi
.
Amma
yalan
baş
tutduqdan
sonrakı
mənzərə
ona
əsl
həqiqəti
dərk
etməkdə
yardımçı
olur
.
Mətbuat
aləminə
gəlişi
,
jurnalistin
peşəsinə
münasibəti
,
gənclik
köynəyində
olan
müəllifin
baş
verənləri
düzgün
qiymətləndirməsi
üçün
gerçək
materialdır
.
Həyatın
bir
-
birindən
fərqli
görünən
rəngləri
anaların
söhbətində
də
aydın
nəzərə
çarpır
.
Oğulların
yaxşı
,
yaxud
pis
olması
nədən
yaranır
?
Həyatın
xoş
,
yaxud
bəd
görünən
tərəfləri
bir
yandan
tale
yazısıdırsa
,
başqa
bir
tərəfdən
,
onun
göz
açdığı
mühitdən
,
ailədən
əxz
etdiyi
tərbiyəyə
söykənir
.
Sən
bir
dərdə
bax
!
Beş
oğlun
ola
,
o
da
... “
Beşi
də
qənim
kəsilib
ömrümə
-
günümə
.
Biri
türmədə
,
biri
“
rusetdə
”,
üçü
də
ki
,
avaradı
.
Biri
-
birinə
dəyməz
,
biri
də
heçinə
” (“
Yaxşı
anaların
oğulları
”).
Lakin
bu
analarla
yol
yoldaşı
olan
bir
başqa
ana
da
var
.
Bu
ana
19
yaşında
şəhid
olmuş
oğlunun
ad
günündə
onun
uyuduğu
“
Şəhidlər
Xiyabanı
”
na
gedir
...
Natiq
Məmmədlinin
“
Dolma
”
hekayəsi
əvvəldən
axıradək
tünd
rənglərlə
xarakterizə
olunur
.
Milli
təəssübkeşlik
hissilə
dolu
olan
bu
hekayə
oxucunu
başdan
sonacan
həyəcanda
saxlayır
.
Qafqazlıların
Tiflisin
“
Suliko
”
restoranında
üzləşdiyi
vəziyyəti
doğrudan
da
sakit
izləmək
olmur
. “
Dolma
”
da
üç
-
dörd
cümlə
ilə
xislətini
açan
erməni
Rubiklə
, “
ağ
rəngdə
yalanları
”
ilə
onu
ifşa
edən
azərbaycanlının
,
adı
çəkilən
xörəyin
kimin
mətbəxinə
məxsus
olması
üstündə
mübahisəsi
və
araya
düşmüş
gərginliyi
yumşaltmağa
çalışan
gürcü
Vadonun
müdaxilələri
bütün
rənglərin
tündləşdiyi
nöqtədir
.
Rubikin
dolmanı
erməniləşdirərək
“
bizdə
onun
yüz
cür
növü
var
”,
deməklə
qonşusuna
məxsus
olan
hər
şeyi
özününküləşdirmək
siyasətinə
müəllifin
nifrəti
tüğyan
edir
.
Mən
onun
bütün
hekayələrində
ən
kiçik
detala
,
ştrixə
belə
,
ehtiyatla
yanaşdığını
gördüm
.
Yəni
o
,
rəngləri
düz
seçməkdən
ötrü
gördüyü
,
yaşadığı
həyata
ədəbi
forma
verərək
işləməyi
üstün
tutub
.
Ona
yad
olan
,
qoxusunu
,
rəngini
duymadığı
,
seçmədiyi
hadisələrə
ürək
qızdırmadığından
yaxın
düşməyib
–
bildiyindən
yazıb
.
O
,
yazdıqlarıyla
heç
kimə
ibrət
dərsi
keçmir
,
sadəcə
,
yaşadığı
həyatı
,
çoxumuzun
fərqində
olmadığımız
bulanıqlığı
durultmaq
,
hər
şeyi
öz
rəngində
,
öz
biçimində
görmək
,
yaşadıqlarını
ədəbi
düşüncəsində
sahmanlayaraq
ədəbiyyata
gətirmək
arzusundadır
.
Bu
arzunun
gerçəkliyə
apardığı
yol
çoxlarının
həyatda
görmədiyi
,
seçə
bilmədiyi
xarakterik
rənglərdən
keçir
.
Natiq
Məmmədli
əlinə
qələm
aldığı
vaxtdan
belə
xarakterlərin
,
belə
rənglərin
axtarışındadır
.
Bu
axtarışlarında
gənc
yazıçıya
uğurlar
arzulayıram
.
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
"Tərcümə təcrübələri", yoxsa tərcümə dərsləri?! - Şəfəq Nasir yazır
06.02.26
Cəlil Məmmədquluzadə: xatirələrdən görünən obraz
03.06.25
Milli mətbuat tariximiz: iki "Yoldaş"a bir nəzər
04.04.25
İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
18.03.24
İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid
05.02.24
İrəvanda Azərbaycan mətbuatı: "Bürhani-həqiqət"ə bir nəzər - Şəfəq Nasir yazır
08.01.24
Ömrə naxış salan illər - Şəfəq Nasirdən yubiley yazısı
31.10.23
Milli birliyimizin yeni təcəssümü: Qərbi Azərbaycan amalı
25.08.23
Ədəbi ovqatımızda Qarabağ zəfəri - Şəfəq Nasir yazır
11.07.23
Parlaq zəkalı, günəş timsallı qadınlar - Şəfəq Nasir yazır
06.03.22
Bülbülcan ocağının ecazi işığında - Şəfəq Nasir yazır
26.01.22
Böyük diplomat, cahanşümul sərkərdə
24.12.21
Köynəyi yaşıl oğlanlar - Anım
16.06.21
Vətən səmasında parlayan Günəş
24.12.20
Kitab-albom janrında mükəmməllik meyarı - Resenziya
07.09.20
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.