ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəzi müxalifət partiyalarının və təşkilatlarının rəhbərlərini qəbul edib. Məlumata görə, səfirlə müxalifət nümayəndələri arasında bağlı qapılar arxasında baş tutan görüşlərdə əsasən Milli Şurada yaranan siyasi böhran və qarşıdurma, mövcud durumdan çıxış yolları, eləcə də müxalifətin gələcək fəaliyyəti və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ səfiri digər ölkələrdən nümunələr gətirərək müxalifət təmsilçilərinə fəal olmaq, o cümlədən siyasi proseslərdə iştirakdan çəkinməməklə bağlı tapşırıqlar verib. Məlumata görə, görüşdə müxalifət liderlərinin, həmçinin onların rəhbərlik etdiyi siyasi təşkilatların fəaliyyətini yaxından izləndiyini qeyd edən səfir bu təşkilatları fərdi qaydada dəyərləndirməklə yanaşı, gələcək üçün müxalifətə konkret tapşırıqlarını da əsirgəməyib.
R
.Morninqstarın Müsavat başqanı İsa Qəmbərə narazılığını ifadə etdiyi, partiyanın Milli Şuradan ayrılmasının və passivləşməsinin Müsavatın imicinə xoş təsir göstərmədiyini deyərək, İ.Qəmbərə görüşün məxfi saxlanılması barədə göstərişlər verib.Səfirlə
görüşdən dərhal sonra İ.Qəmbərin partiyanın bəzi rayon təşkilatlarına etiraz aksiyaları keçirməklə bağlı göstərişlər verməsinin yeni tapşırıqlardan irəli gəldiyi, habelə yanvarın 26-da Müsavatın Ağcabədi rayon təşkilatının icazəsiz aksiya keçirməyə cəhd etməsinin də məhz R.Morninqstarla görüşdə müzakirə edilən məsələlərə bilavasitə bağlı olduğu deyilir.Yanvarın
24-də Milli Şuranın sədri Cəmil Həsənlini və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini qəbul edən ABŞ səfiri maraqlıdır ki, AXCP-dən görüşün məxfi saxlanılmasını istəməyib. Qeyd edək ki, Ə.Kərimli və C.Həsənli həm də ABŞ Senatının Xarici Siyasət Komissiyasının nümayəndələri Con Zadrozni və Daniel P.Vajdiçlə görüş keçiriblər. Məhz AXCP-nin mətbuat xidməti görüşlə bağlı elə həmin gün məlumat yayıb.Məlumata
görə, R.Morninqstar bununla yanaşı "El" hərəkatının rəhbəri Eldar Namazovla da görüş keçirib. Səfirin E.Namazova "El" hərəkatını partiyaya çevirməyi, habelə "Panorama" qəzetinin fəaliyyətini bərpa etməyi və siyasi proseslərdə daha fəal olmağı tapşırması da gələn xəbərlər arasındadır. Gələcəkdə "El" hərəkatını "ana müxalifət" kimi gördüyünü deyən ABŞ səfirinin bu məqsədlə sözügedən quruma hərtərəfli yardım göstərməyə hazır olduğu və buna vəd verdiyi də bildirilir.Əslində
yayılan bu məlumatlar və görüşlərdə müzakirə edilən mövzular bir çox mətləbdən xəbər verir. Alınan tapşırıqlar özlərini "demokratiya carçısı" kimi qələmə verən Müsavat, AXCP və "El" kimi siyasi qurumların iddia etdikləri kimi, heç də müstəqil olmadıqlarından xəbər verir. Qeyd edilən faktlar onların xarici qüvvələrin diktəsi ilə hərəkət etdiklərini təsdiq edən daha bir faktdır.Eyni
zamanda bütün bunlar ABŞ-ın müstəqil dövlət olan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməsinin göstəricisidir. Bu bir faktdır ki, hər hansı bir dövlətin digər ölkənin daxili işinə qarışması, ölkədaxili siyasi prosesləri yönləndirməyə cəhd etməsi, habelə bu kimi çirkin oyunlarda rol alması yolverilməzdir. Belə bir qara niyyətlərə ölkə içindən, özünü ana müxalifət adlandıran qüvvələrin dəstək verilməsi isə sadəcə təəssüf doğurur.Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı "525"ə açıqlamasında bildirib ki, ABŞ səfiri ilə müxalifət nümayəndələri arasında baş tutan görüş adi görüşlərdən biridir. Bu cür görüşlərin müntəzəm olaraq olduğunu deyən N.Orduxanlı bunları söyləyib: "İndiyə kimi bir neçə dəfə ABŞ səfiri BAXCP və bir neçə partiya ilə görüşlər keçirib. Nəinki müxalifət nümayəndələri ilə hakim partiyanın məsul şəxsləri ilə də görüşlər keçiriblər. İndi isə kimsə bu görüşdən şou düzəltmək istəyir. Bu məqsədlə həmin qüvvələr mediada çaşqınlıq yaratmaq niyyətindədirlər. Hesab edirəm ki, ABŞ səfirinin müxalifət nümayəndələri ilə bu görüşləri də adi görüşlərdən biridir. İnanmıram ki, ABŞ səfiri hansısa radikal müxalifət partiyasına maliyyə yardımı ayırsın və bu geniş müzakirəyə səbəb olsun. Fikrimcə, belə bir məsələ qətiyyən mümkün deyil"."
Azadlıq" Partiyasının sədri Əhməd Oruc müxalifət nümayəndələrinin ABŞ səfiri ilə görüşməsini belə şərh edib: "Fikrimcə, "El" Hərəkatı Azərbaycanın siyasi səhnəsində heç bir nüfuza sahib olmadığı üçün siyasi partiyaya çevrilsə də heç bir uğur qazana bilməyəcək. Kimin dəstəyi olmasından asılı olmayaraq, yeni partiya yaradaraq Eldar Namazovun öndə olması çətin məsələdir. Hesab edirəm ki, cəmiyyətdə formalaşan ümumi rəyi hər yerindən duran hərəkat və ya partiya poza bilməz. Bu baxımdan, Milli Şuranın son durumunu nəzərə alsaq, ana müxalifət siyahısına iddia etmək qeyri-ciddi və gülünc səslənir. Bu bir faktdır ki, ABŞ Azərbaycanda hansısa maraqlarını həyata keçirmək üçün bir sıra partiyalarla və hərəkatlarla əməkdaşlıqda maraqlıdır. Onlarla iş birliyində olanlar öz maraqlarını hər şeydən üstün tutaraq Azərbaycanın milli maraqlarını satışa qoyurlar".AQİL