|
|
|
|
Moskvada yaşayan azərbaycanlı şairlər Azərbaycan-Ermənistan arasında sentyabrın 27-də başlayan və davam edən Qarabağ savaşıyla bağlı yeni şeirlər qələmə alıblar.
Həmin şeirləri Rusiyada yaşayan azərbaycanlı şair, yazıçı, tərcüməçi Afaq Şıxlının təqdimatında dərc edirik:
Sultan MƏRZİLİ
QARABAĞ
Gül açar taleyin, olmaz qara baxt,
Sənə də gülümsər bu dövran, bu vaxt,
Ey Qarakəmərli, ey Qarapapaq,
Poladlar doğrayan almaz Qarabağ,
Yağı tapdağında qalmaz Qarabağ!
Qəlbi qeyrət dolu oğulların var,
Dağdan ağır gələn ağılların var,
Bir gün gerçəkləşən nağılların var,
Gül-çiçək bürüyər, solmaz Qarabağ,
Yağı tapdağında qalmaz Qarabağ!
Yenə igidlərin atı yəhərlər,
Yenə Cıdır düzün tutar kəhərlər,
İsa bulağından axmaz qəhərlər,
Cənnət də sənə tay olmaz Qarabağ,
Yağı tapdağında qalmaz Qarabağ!
Yenə haray çəkər qara zurnalar,
O dağlar, qayalar təbilin olar,
Ağdamdan, Şuşamdan səsim ucalar,
Hay donuz məscidə dolmaz Qarabağ,
Yağı tapdağında qalmaz Qarabağ!
Can getsin, baş getsin sənin yolunda,
Minillik tarixi kimdir unudan?!
Şəhidlər qanıyla qızaranda dan,
Canımdan can verrəm, ölməz Qarabağ,
Yağı tapdağında qalmaz Qarabağ!
03.09.20.
AZƏRBAYCAN ƏSGƏRİ
Qarşıdadır Müqəddəs gün,
qarşıdadır o toy-düyün,
qeyrətindən zireh geyin,
gözdən iti, əldən yeyin,
Azərbaycan əsgəri!
Ucalacaq cəngi səsi,
Ölməzliyin təranəsi,
Sənə qüvvət gələcək!
Sənə şöhrət gələcək,
o Vətən torpağınınqayasından, daşından,
Çünki vətən sevgisi varürəyinin başında!
Azərbaycan əsgəri!
Sənin əsgər çəkmələrin
marş vuracaqdüşmənlərin başında.
Ağzının qanında,
gözlərinin yaşında,
başının daşında.
Düşmənin
iki ilan çarpazındanmutant olmuş xaçında,
Azərbaycan əsgəri!
Ana yurdun sinəsindən
qollarını qartal kimi açanda,
Qeyrət gələr o torpağa, daşa da,
Dalğalanar bayrağımız
Ağdamda, Xocavəndə, Şuşada
Kəlbəcərdə, Murovdağda, Laçında!
Sən Göyçədən Zəngəzura,
İrəvana aşanda,
Göyçəgölü sevincindən
dalğalanıb daşanda,
Şəhidlərin torpağındansəs gələcək, ün gələcək,
Mübarizlər məzarınınbehiştindədincələcək...
Sənin qeyrət addımınla
O Müqəddəs an gələcək,
Gün gələcək,
Azərbaycan əsgəri!
27.09.20.
Əliş ƏVƏZ
SALAM XUDAFƏRİN KÖRPÜSÜ!
Salam, Xudafərin körpüsü, salam,
Vətənimin qədim ruhu, nəfəsi!
Sən mənim dilimdə ən əziz kəlam,
Sən dünənimin bu günümə səsi.
Qələbən mübarək, Xudafərinim!
Qoymadın arzumun gülləri solsun.
Göylərə ucalsın qoy “afərin”im,
Uğurun Qarabağ müjdəsi olsun!
Koroğlu şütüdü öz Qır Atında,
Sarsıtdı yağını çəkdiyi nərə.
Ürəyim dilləndi köksüm altında:
Ürəyim qurban o qorxmaz əsgərə!
Rəvac tapdı iblis yazan nağıllar,
Analar bələndi öz göz yaşına.
Sənə qurban getdi igid oğullar,
Baş əydim şəhidin məzar daşına!
Faktım,sübutumsan haqqı söyləyən,
Mənim bu günümün sabah yolusan,
Sən Odlar Yurdumu bütöv eyləyən
Ulu tariximin təkcə qolusan!
Qürurdan döyünür ürəyim, canım,
Sevinir ürəkdən Araz çayı da.
Sevinir, şadlanır Azərbaycanım –
Qəlbimin bu tayı da, o tayı da!
Xoş gəldin, xoş gəldin, ey ulu babam,
Qırdın qərinənin tilsim bağını,
Yoluna gül səpib hər elim, obam,
Qucaqlayıb öpdüm azadlığını!
05.10.2020. Moskva
Afaq ŞIXLI
GENERAL
Torpağın altında rahat uyu sən,
Torpağın uğrunda savaşlar gedir.
Kəsilir nəfəsi mənfur düşmənin,
Görəsən,nə tənlər, nə başlar gedir!..
Qəlbinə dammışdı yəqin ki, sənin
Bu il qisas ili, zəfər ilidir.
Bizsiz qəribsəmiş Ana torpağa
Geri dönüş ili, səfər ilidir.
Çırpınır köksümüz, qürurla dolu!
Namərdin məzarı qazılmış daha!
“Şəhidlər ölməzdir, Vətən – bölünməz!”
Bu haqq bəxtimizə yazılmış daha!
30.09.20
BU GECƏ YUXUDA LAÇINI GÖRDÜM
Bu gecə yuxuda Laçını gördüm:
Vüqarlı başında dümağ saçları,
Gözləri yol çəkən yüksəklikləri,
Həsrətə bürünmüş boz yamacları...
Qulağı səsdəydi. Fikirli, yorğun,
Əyni də nimdaşdı, kimsəsiz kimi.
Keçilməz yollarda itmişdi sanki,
Yaralı bağrına düşən iz kimi.
Susurdu, yamanca qəribsəmişdi,
Gileyi donmuşdu baxışlarında.
O hardan biləydi gələcəyik biz
Mübarək bir ilin son baharında.
Sarılmaq istədim qanadlarına:
Ərkinlə sızlatma ürəyimizi!
Bitəcək ayrılıq, qurbanın olum!
Yaman gecikmişik, bağışla bizi!..
04-05.10.20.
Yaşar SÜLEYMANLI
ƏSGƏR ANASI
Hər gecə yatağa yox səngərə girər,
Oğlu əsgər olan Ana.
Gözlərinə yuxu haram,
Qulaqları səsdə qalar.
Görünməyən bir düşmənlə, qorxu ilə savaşar.
Əllərini cütləyərək
Duaları mərmi kimi yağdırar göy üzünə
İlahi, sən balamı qoru deyə...
29.09.2020
Nilufər ŞIXLI
TORPAQ
Acıyıram ona hərdən,
Düşüb, qalxa bilmir yerdən.
Qalaqlanan bədənlərdən
Üşürgənib,
lay-lay olub Torpaq...
Qulaq verən yox səsinə,
Dağ çəkilibsinəsinə,
Bağrı dönüb qan gölünə
Gah isinib,
gah soyuyub Torpaq.
Altda qalıb köçhaköçün,
Səngər olub əsgər üçün.
Ağrısını bilməməkçün
İllərlə
uyuyubTorpaq.
İndi dərib nəfəsini...
Deyən tanıyıb uzaqdan
Öz kimini, kimsəsini.
İgidlərinin səsini,
Aslanlarının səsini
Duyub Torpaq!
Duyub Torpaq!
07.10.20.