https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
https://525.az/img/pics/medium/2024-04/311885_02ffqpugnc.jpg “525-ci qəzet”in 30 aprel sayında nələr var?
search
30 Aprel 2024
29 Aprel 2024

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən ordumuza yardım

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən ordumuza yardım

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar ordumuzun əks-hücumu nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsi azad edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM)  verilən məlumata görə, mərkəzin əməkdaşları torpaqlarımızın azad edilməsi uğrunda şərəflə döyüşən şanlı ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər.

Qeyd olunur ki, AMM-in əməkdaşları da Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı dövlətimizin Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizədə ölkəmizin haqq işinə dəstək olmaqdan qürur duyur və Azərbaycan dövlətinin, müzəffər ordumuzun yanındadır.

Vətən torpaqlarının işğalçı Ermənistan ordusundan azad olunması yolunda Silahlı Qüvvələrimizə uğur və tezliklə daha böyük zəfərlər arzulayırıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.