https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
search
3 May 2024
2 May 2024

AzMİU əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürdü

AzMİU əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürdü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub.

Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəhbəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanaraq könüllü olaraq Silahlı Qüvvələrin Yardım Fonduna 24 min manat məbləğində pul vəsaiti köçürüb. 

         
Universitetimizin professor-müəllim heyətindən tutmuş texniki işçilərinədək hamı bir nəfər kimi Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əmindirlər. 

        
Onu da xatırladaq ki, bundan əvvəl də AzMİU kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürmüşdü.

 

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.