Banqladeşdə yaşayan bir ailənin üzvlərində barmaq izi yoxdur. Bu haqda ailənin oğlu danışıb.
525.az xəbər verir ki, 22 yaşında olan Apu ailəsi ilə birlikdə Racaşi rayonunun şimalında yaşayır. O, bu yaxınlara qədər tibbi köməkçi işləyirdi. Atası və babası əkinçidir.
Apu və ailəsindəki kişilər dünyada az sayda insanlarda mövcud olan bir genetik mutasiyanın daşıyıcılarıdır. Onların barmaq izləri yoxdur.
Müasir dövrdə barmaqlarımızın ucunda yerləşən izlər (tibbdə dermatoglif kimi bilinir) dünyanın ən çox toplanan biometrik məlumatlarına çevrilib.
Onları hava limanlarından keçməkdən səs verməyə və smartfonlarımızı açmağa qədər hər işdə istifadə edirik. Apu barmaq izlərinin olmadığı üçün ölkədə yeni nəsil şəxsiyyət vəsiqələrini və sim kart alarkən problem yaşadığını, buna görə də evdəki bütün kişilərin nömrəni Apunun anasının barmaq izi ilə aldğını bildirib.