Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək.
525.az xəbər bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, qatar növbəti həftənin ilk günündən fəaliyyətini bərpa edəcək:
"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".