https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Qurban Qurbanov: "Hər il "Qarabağ"ın çempion ediləcəyi barədə şayiələr dolaşır"

Qurban Qurbanov: "Hər il "Qarabağ"ın çempion ediləcəyi barədə şayiələr dolaşır"

“Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. “Bakı” ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan (4:0) sonra keçirilən mətbuat konfransında deyib.

Qış fasiləsindən sonra klublarımızın daha yaxşı təsir bağışladığını deyən təcrübəli mütəxəssis çempionatın getdikcə çətinləşdiyini vurğulayıb: "Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq".
 
Q.Qurbanov "Qarabağ"ın çempionluq şansını da dəyərləndirib: "Neçə ildir ki, “Qarabağ”da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şayiələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.