525.az xəbər verir Kİ, onlayn görüş, şagirdlərin təqdimatında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə başladı.
Zoom proqramı üzərindən həyata keçən görüşün əsas məqsədi - oxucu və müəllif arasında virtual görüşləri təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.
Görüş çərçivəsində yazıçı Solmaz Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” və digər “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verdi, həmçinin məktəblilərin çoxsaylı suallarını cavablandırdı.