Tayvanda cüdo dərsi zamanı müəllimi və sinfindəki digər uşaqlar tərəfindən 27 dəfə yerə atılan uşaq ölüb.
525.az xəbər verir ki, 7 yaşlı uşaq sərt şəkildə yerə çırpıldıqdan sonra beyin qanaması keçirib və komaya düşüb. Oğlanın ailəsi təxminən 70 gündən sonra onun həyatda qalmasını dəstəkləyən aparatı dayandırmağa qərar verib.
Uşağın 60 yaşlı cüdo müəllimi "fiziki təcavüz" və"azyaşlıdan istifadə edərək cinayət törətmək" ittihamı ilə mühakimə olunub.
Məşqçinin günahkar olduğu təqdirdə minimum 7 il vəya ömürlük həbs cəzasına məhkum ediləcəyi bildirilib.
Firuzə Əliyeva